AZ

İsraildə terror aktı - 1 ölü, 11 yaralı var

İsraildə terror aktı törədilib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında terror aktı nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisə İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında baş verib.

"The Times of Israel"-ə istinadən verdiyi xəbərə görə, həkimlərin səyinə baxmayaraq, hadisə yerində yardım göstərilən 25 yaşlı qadın həyatını itirib.

Yaralılardan 5-nin durumu ağırdır.

İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında terror aktı tərədən ərəb əsilli (beduin) İsrail vətəndaşı olub.

Bu barədə İsrail mediası məlumat yayıb.

Polis terrorçunu zərərsizləşdirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
2
12
milli.az

10Mənbələr