AZ

Səudiyyə Ərəbistanı Asiya üçün neftin qiymətini qaldırıb

Səudiyyə Ərəbistanı bazar dəyişkənliyinin artması fonunda Asiyadakı alıcılar üçün neftin qiymətini qaldırıb, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir.

Belə ki, “Saudi Aramco” dövlət şirkəti öz “Arab Light” markalı neftin rəsmi satış qiymətini 90 sent artırıb.

Eyni zamanda, ABŞ və Avropa üçün bütün növ neftin qiymətləri aşağı salınıb.

“Brent” markalı neft bu həftə İsrailin Livana zərbələri və İranın İsrailə cavab tədbirləri fonunda 8%-dən çox bahalaşıb. Hazırda bazar İsrailin İrana mümkün zərbələrindən ehtiyat edir ki, bu da münaqişənin daha da gərginləşməsi ilə nəticələnir.

Xüsusilə Çindən neftə tələbatın zəifləməsi Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi OPEC+ ittifaqını planlaşdırılan hasilat artımını iki ay (dekabrın əvvəlinə qədər) təxirə salmağa vadar edib.

Seçilən
148
50
banker.az

10Mənbələr