AZ

Kuba BRICS ilə tərəfdaş statusu almaq üçün müraciət edib

Kuba artıq BRICS ilə tərəfdaş statusu almaq üçün rəsmi ərizə göndərib.

AZƏRTAC xəbər verir ki, bunu TASS-ın müxbirinə müsahibəsində Rusiyanın Havanadakı səfiri Viktor Koronelli deyib.

“Kuba BRICS-in işinə qoşulmaqda maraqlıdır. Üstəlik, Rusiya bu il BRİKS-ə sədrlik etdiyi üçün onlar artıq tərəfdaş statusu almaq üçün rəsmi ərizə təqdim ediblər”, - deyə diplomat qeyd edib.

O, həmçinin Kuba Prezidenti Migel Diaz-Kanelin BRIKS-in iclasında iştirak etmək üçün dəvətinin olduğunu təsdiqləyib. "Kuba Prezidentinin dəvəti var, biz onu oktyabrın 22-dən 24-dək Kazanda gözləyirik", - deyə V.Koronelli bildirib.

Seçilən
157
3
yeniazerbaycan.com

10Mənbələr