Bu il Münhendə keçirilən "Oktoberfest" festivalında 6,7 milyona yaxın qonaq iştirak edib...
Poliqon xəbər verir ki, bu barədə Bild nəşri təşkilatçıların ilkin hesablamalarına istinadən yazıb.
2023-cü ildə ənənəvi festivalda 7,2 milyon ziyarətçi iştirak edib. Bu səbəbdən tədbir daha iki gün uzadılıb.
Bu il daha çox pivə içilib, baxmayaraq ki, bir litr pivənin qiyməti bəzi yerlərdə 15 avroya çatıb. Ümumilikdə 7 milyon litr pivə satılıb. Keçən il bu rəqəm 6,5 milyon litr olub.
festivalın ən məşhur yeməyi qızardılmış toyuq hesab edilib.
Təşkilatçılar qeyd edirlər ki, bu il cinayətlərin sayı azalıb. "Bu, dinc və təhlükəsiz bayram olud", deyə polis sözçüsü Andreas Franken bildirib.
Andreas Franken təhlükəsizlik zənglərinin işlədiyini və qonaqların bir-birinə diqqətli olduğunu qeyd edib. Qismən polisin və videomüşahidələrin olması sayəsində cinayətlərin sayı təxminən 25% azalıb. Festivalın səhiyyə rəsmiləri də bu il daha az xəstəyə qulluq edilməli olduğunu bildiriblər.
Suvenir kimi stəkanı gizlicə götürmək cəhdlərinin sayı da azalıb. Bu il festivaldan çıxışda qonaqlardan cəmi 98 min pivə fincanı tapılıb. 2023-cü ildə mühafizəçilər 115 mindən çox fincan müsadirə etmişdi.
Bu il 3,5 min unudulmuş əşya tapılıb - onların arasında 16 dəri şalvar və bir neçə cüt qadın ayaqqabısı da var. Təşkilatçılar hesab edirlər ki, onların sahibləri suvenir stendlərində satılan başmaqlara festivalı tərk emiş ola bilər. Kişilərin şalvar yerinə nə geyindiyi məlum deyil. Həmçinin yüngül metaldan hazırlanmış qandallar, həmçinin üçü sahiblərinə qaytarılmış beş nikah üzüyü də tapılıb.
Çoxsaylı qonaqlar xaricdən, əsasən ABŞ və İtaliyadan, həmçinin Böyük Britaniyadan, Avstriyadan, Polşadan, Fransadan, İsveçrədən, İspaniyadan, Niderlanddan və ilk dəfə olaraq Hindistandan gəlib.
Ziyarətçilərin əksəriyyəti ənənəvi geyimdə - dəri şalvar və ya dirndli (ənənəvi Bavariya paltarı) geyinib.
Poliqon.info