AZ

Xəbərdarlıq: Belə hallar olduqda mütləq həkimlə əlaqə saxlamaq lazımdır

Hazırda uşaqlar arasında müxtəlif xəstəliklər yayılıb. Bunlar entereviruslar, rotaviruslar, qrip infeksiyalarıdır. 

Bu  fikirləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, hazırda situasiya xeyli qarışıqdır. Nəzərə alaq ki, koronavirus da hazırda davam edir:

“Pandemiya bitsə də epidemik ocaqlar mövcutdur. Belə bir qarışıq situasiyada diqqətli olmaq lazımdır. Uşaqlr arasında ishal və qusma baş verdikdə ilk növbədə onlara "regidrom" verilməlidir. "Regidrom"u ev şəraitində saxlamaq olar və onu ev şəraitində də vermək olar. Digər bütün məsələlər isə həkim nəzarətində olmalıdır. Qeyd edim ki, "regidrom" duz məhsuludur və ona görə uşaqlara verilir ki, qıc olmalar olmasın. Əgər ishal baş verirsə, bu dərmanı qaşıq-qaşıq həll edib, uşağa vermək lazımdır. Ümumiyyətlə hazırda situasiya əvvəlki illərdən daha ciddidir. Çünki  bir tərəfdən koronavirus davam edir, digər tərəfdən infeksiyalar baş alıb gedir. Hazırkı dövrdə valideynlər də diqqətli olmalıdırlar. Bu situasiylar yarandıqda mütləq sahə pediatrı ilə əlaqə saxlamalıdırlar. Amma ilkin yardım kimi, "regidrom" istifadə edə bilərlər. Çünki uşağın su və elektrohid tutumu azdır, ishal da böyük miqdarda su və elektrohid  itkisinə səbəb olur. Belə olduğu təqdirdə isə uşaqlarda qıcolma baş verə bilər”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
133
50
demokrat.az

10Mənbələr