AZ

Canlı efirdə aparıcının burnundan qan axdı - VİDEO

Türkiyədə canlı yayımda aparıcı Cem Öğretirin burnundan qan axıb.

Moderator.az xəbər verir ki, həmin vaxt Cem həmkarı Esra Erolun verilişinə bağlanıb. Ona məlumatları çatdırarkən qəfildən burnu qanamağa başlayıb.

 

Aparıcı əvvəl bunun beynindən axan su olduğunu zənn edib. Daha sonra burnundan axan qan çoxalıb və Esra Erol təlaşlanaraq aparıcıya bu barədə bildirib.

Yaşananlardan sonra Cem Öğretir canlı yayımdan çıxarılaraq, xəstəxanaya yerləşdirilib.

Aparıcının həyat yoldaşı Seda Öğretir onun səhhəti ilə bağlı mətbuata açıqlama verib. Cemin səhhətinin hazırda yaxşı olduğunu bildirib:

"Səhərə qədər burun qanaması dayanmadı. Hazırda Cem yaxşıdı... Səhərə qədər xəstəxanada idik. İndi evə gəldik. Beyininə qan sızmasından şübhələnirdilər. Amma şükürlər olsun ki, beyin tomoqrafiyası ( MRT) təmiz çıxdı. Cemi 25 ildir tanıyıram ilk dəfə burnunun qanadığını görürəm".

Xatırladaq ki, Cem Öğretir Türkiyənin ATV xəbər aparıcısıdır (bakuws). 

Seçilən
92
50
moderator.az

10Mənbələr