AZ

Üç uşaq anasının baldızı tərəfindən döyülməsi ilə bağlı iddia araşdırılır - VİDEO

Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsi iddiası ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə Şəmkir rayonu ərazisində qeydə alınıb:

"Məsələ ilə bağlı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunub. Ekspert rəyinin nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", - deyə məlumatda qeyd olunub.

***

Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyüldüyü iddia edilir.

Bu barədə aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında xəbər verib.

Hadisənin ötən gün baş verdiyi bildirilir. İddiaya görə, qadın dəfələrlə əri və ailəsi tərəfindən döyülüb, hətta bətnindəki körpəni öldürüblər.

Döyülən qadının ailəsinin illər əvvəl Tacikistandan köçərək Azərbaycana yerləşdiyi deyilir.

Seçilən
13
4
musavat.com

9Mənbələr