AZ

Üç uşaq anasının baldızı tərəfindən döyülməsi ilə bağlı iddia araşdırılır

Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsi iddiası ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə Şəmkir rayonu ərazisində qeydə alınıb:

"Məsələ ilə bağlı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunub. Ekspert rəyinin nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", - deyə məlumatda qeyd olunub.

Mənbə: oxu.az

Seçilən
1
7
oxu.az

9Mənbələr