AZ

Husilər Təl-Əviv və Eylat şəhərlərinə zərbələr endiriblər

Bakı. Trend:

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Tel-Əvivvə Eylat şəhərlərindəki hədəflərə raket və pilotsuz təyyarələrləhücum edib.

Trend-inməlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriaaçıqlama verib.

Səria Ənsar Allah-a məxsus Al Masirah telekanalında çıxış edərəkbildirib ki, üsyançıların silahlı qüvvələri “iki hərbi əməliyyathəyata keçirib”. İlk əməliyyat zamanı iki raket ataraq Tel-Əvivdə“İsrailin iki hərbi hədəfini vurublar”.

Husilər həmçinin Jaffa və Samad-4 adlanan pilotsuz təyyarələrdənistifadə edərək Tel-Əviv və Eylat şəhərlərindəki hədəflərə hücumedib.

Seçilən
23
10
az.trend.az

10Mənbələr