AZ

Husilər Tel-Əvivə zərbələrENDİRDİ

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər raket və dronlardan istifadə edərək İsrailin paytaxtı Tel-Əviv və Eylat şəhərindəki hədəflərə hücum ediblər.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda hərəkatın hərbi nümayəndəsi Yəhya Səria açıqlama verib.

O bildirib ki, silahlı qüvvələr iki hərbi əməliyyat keçirib. Birincidə onlar iki raket ataraq Tel-Əvivdə İsrailin iki hərbi hədəfini vurub. Husilər həmçinin “Jaffa” və “Səməd-4” pilotsuz uçuş aparatlarından istifadə edərək Tel-Əviv və Eylatdakı hədəflərə hücum ediblər.

Seçilən
6
7
redaktor.az

10Mənbələr