AZ

Bu dəfə ETSN-nin idarəsi ətraf mühiti çirkləndirdi - PROTOKOL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Abşeron Rayon Məhkəməsinin hakimi Abusət Qasımovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 8 Oktyabr 2024, 09:58   
Seçilən
2
4
pravda.az

8Mənbələr