AZ

"Holcim Azərbaycan"a protokol tərtib edilib

"Holcim (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti barəsində Ətraf Mühitin Mühafizəsi, Təbiətdən İstifadə və Ekoloji Təhlükəsizlik  qaydaları əleyhinə olan (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 233.1-ci  maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

İş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun icraatındadır. 

Sadiq İsbəndərli

Seçilən
24
1
valyuta.az

8Mənbələr