AZ

Türkiyə kəşfiyyatı Suriyada PKK/YPJ terror təşkilatının rəhbərini öldürüb

Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Amude bölgəsində Türkiyədə kamikadze hücumu planlaşdırdığı üzə çıxan PKK/YPJ terror təşkilatının sözdə liderlərindən olan Hezal Belgeni zərərsizləşdirib.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik qaynaqları məlumat yayıb.

Bildirilir ki, MİT-in hədəf siyahısında olan Belge Türkiyədə təhlükəsizlik qüvvələrinin aktiv önləyici tədbirləri səbəbilə bir çox aksiya cəhdlərini hər dəfə daha sonrakı tarixə təxirə salıb. Nəhayət, Amudedə aşkarlanan terrorçu Belge nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Məlumata görə, 2004-cü ildə terror təşkilatının kənd kadrlarına qoşulan terrorçu Belge uzun illər Şimali İraqda PKK/KCK-nın sözdə lideri kimi fəaliyyət göstərib. Daha sonra Suriyaya köçən və PKK/YPJ təşkilatının sözdə lideri kimi fəaliyyət göstərən Belge 2021-ci ildə baş verən qarşıdurmada başından yaralanıb.

Qeyd olunub ki, İraqın Süleymaniyyə şəhərində müalicə aldıqdan sonra Suriyaya qayıdan Bele sonuncu dəfə PKK/YPG-nin sözdə Amude zabiti kimi fəaliyyət göstərib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
1
missiya.az

3Mənbələr