AZ

Bombalı kamikadze hücumu planlaşdıran terrorçu zərərsizləşdirilib – FOTO

Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Amude bölgəsində Türkiyədə kamikadze hücumu planlaşdırdığı üzə çıxan terror təşkilatı PKK/YPJ-nin sözdə liderlərindən birini zərərsizləşdirib.

Medianews.az yerli  mediaya istinadən xəbər verir ki, Türkiyəyə bombalı hücum həyata keçiriləcəyi təsbit edilib.

MİT apardığı kəşfiyyat araşdırmalarında “Terrorçuluqla bağlı Axtarılanlar siyahısı”nda boz kateqoriyada olan və PKK/YPJ-nin Amude bölgəsindən sözdə məsul olan “Jinda Gundikramo” kod adlı terrorçu Hezal Belgenin olduğunu müəyyən edib.

MİT-in hədəf siyahısında olan Belge Türkiyədə təhlükəsizlik qüvvələrinin aktiv önləyici tədbirləri səbəbilə bir çox aksiya cəhdlərini hər dəfə daha sonrakı tarixə təxirə salıb. Nəhayət, Amudedə aşkarlanan terrorçu Belge nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Terrorçunun Suriya xalqını təşkil etməyə və terror təşkilatında iştirakını təmin etməyə çalışdığı da müəyyən edilib.

2004-cü ildə terror təşkilatının kənd kadrlarına qoşulan terrorçu Belge uzun illər Şimali İraqda PKK/KCK-nın sözdə məsul şəxsi kimi fəaliyyət göstərib. Daha sonra Suriyaya köçən və PKK/YPJ təşkilatının sözdə lideri kimi fəaliyyət göstərən Belge 2021-ci ildə baş verən qarşıdurmada başından yaralanıb. İraqın Süleymaniyyə şəhərində müalicə aldıqdan sonra Suriyaya qayıdan Belge sonuncu dəfə PKK/YPG-nin sözdə Amude zabiti kimi fəaliyyət göstərib.

Medianews.az

 

Seçilən
2
1
medianews.az

3Mənbələr