AZ

Kürdəmirdə avtomobil su kanalına düşüb: Xəsarət alanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı minik maşını həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındakı su kanalına düşüb.
Qəza zamanı avtomobildə olan sərnişinlər - Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Nəzakət Ziyafət qızı Əsgərova və 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Bilqeyis Rüstəm qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
25
32
oxu.az

10Mənbələr