AZ

Yük maşını ilə avtomobil toqquşub: Xəsarət alanlar var

Saatlı rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

"Cebheinfo.az" Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əlisoltanlı kəndi qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı qoşqulu yük maşını ilə VAZ-2109 minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Hadisə zamanı Saatlı rayon sakinləri, 1961-ci il təvəllüdlü Xaqani Firudin oğlu Nuriyev və 1991-ci il təvəllüdlü Şamxal Münasib oğlu İmanquliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
5
6
cebheinfo.az

10Mənbələr