AZ

İran XİN başçısı Türkiyədə keçiriləcək “3+3” formatının iclasında iştirak edəcək

İran

İran XİN başçısı Türkiyədə keçiriləcək “3+3” formatının iclasında iştirak edəcək.“Sabah” qəzeti xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyədə regional “3+3” platformasının iclasına qatılacaq. Bununla bağlı, İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadə bildirib ki, Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdırdığı sülhə nail olmaq məqsədi daşıyan “3+3” platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır və İranın xarici işlər naziri Abbas Əraqçı da bu görüşə qatılacaq.Qeyd edək ki, “3+3” platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, ancaq hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib.Eltun Məmmədov

Diqqət Çəkənlər

İranda Dengi qızdırmasına yoluxanların sayı 221 nəfərə çatıb

Putin: Azərbaycan-Rusiya münasibətləri müsbət məcrada inkişaf edir

Livan ərazisindən İsrailə doğru kütləvi raket hücumu həyata keçirilib

Seçilən
32
3
ulusum.az

9Mənbələr