AZ

Səfir: Əraqçi “3+3”ün iclasında iştirak edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyədə keçiriləcək regional “3+3” platformasının iclasında iştirak edəcək.

Yenisabah.az Sabah-a istinadla xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə məlumat yayıb.

O bildirib ki, Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdırdığı, sülhə nail olma məqsədi daşıyan “3+3” platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır və İranın xarici işlər naziri Əraqçi bu görüşdə iştirak edəcək.  vakansiya

“3+3” platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib.


Telegram kanalımız
Seçilən
7
3
yenisabah.az

9Mənbələr