AZ

Qəzzada ölənlərin sayı artdı

Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 42 065 nəfərə çatıb, daha 97 886 nəfər yaralanıb” – məlumatda bildirilir.

Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 55 fələstinli ölüb, 166 nəfər yaralanıb.

Seçilən
44
11
nocomment.az

10Mənbələr