Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 42 718 nəfərə çatıb, daha 100 282 nəfər yaralanıb” – məlumatda bildirilir.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, 48 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 115 fələstinli ölüb, 487 nəfər yaralanıb.