15-16 oktyabrda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavabında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var: "Gün ərzində cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 17-21 dərəcə isti olacaq".
Azərbaycanın əksər rayonlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həmin günlər yağıntılı hava şəraiti davam edəcək: "Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. 15-i gündüz saatlarında yağıntıda əksər rayonlarda qısa müddətə fasilə olacaq.
Havanın maksimal temperaturu Aran rayonlarında 16-21, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq".