Bakı. Trend:
Azərbaycanın rayonlarında oktyabrın 16-sı gündüzədəkqeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrləyağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə MilliHidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə,Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar,Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterliolacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağıehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın,Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın vəsel keçəcəyi ehtimalı var.