AZ

Fransada bal zalına basqın edənlər 1 nəfəri öldürüb

Fransanın Drom bölgəsində bir kənddə qış balı zamanı baş verən şiddətli hadisədə 16 yaşlı gənc həyatını itirib, 9 nəfər yaralanıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. “Le Figaro”nun məlumatına görə, Krepol kəndinin sakinləri noyabrın 18-nə keçən gecə şəhər meriyasına qış balına toplaşıblar.

Jandarma rəsmiləri naməlum şəxslərin bal zalına basqın edərək kənd sakinlərinə bıçaqla hücum etdiyini, 16 yaşlı bir gəncin öldüyünü, 2-si ağır olmaqla 9 nəfərin yaralandığını açıqlayıb.

Səlahiyyətlilər, 400-dən çox insanın olduğu zala basqın edən hücumçuların siyasi və ya dini motivli olmadıqlarına inandıqlarını ifadə edərək, hadisəni “döyüş” kimi qiymətləndiriblər.

Hadisə ilə bağlı Valens Prokurorluğu araşdırma başladbı.

Seçilən
35
2
interpress.az

4Mənbələr