AZ

Fransada ziyafət zalına basqın - 1 ölü

Fransanın Drom bölgəsində bir kənddə qış balı zamanı baş verən şiddətli hadisədə 16 yaşlı gənc həyatını itirib, 9 nəfər yaralanıb.

525.az “Le Figaro”nun məlumatına əsasən xəbər verir ki, Krepol kəndinin sakinləri noyabrın 18-nə keçən gecə şəhər meriyasına qış balına toplaşıblar.

Jandarma rəsmiləri naməlum şəxslərin bal zalına basqın edərək kənd sakinlərinə bıçaqla hücum etdiyini açıqlayıb. Hadisədə 16 yaşlı gənc ölüb, 2-si ağır olmaqla 9 nəfər yaralanıb.

Səlahiyyətlilər, 400-dən çox insanın olduğu zala basqın edən hücumçuların siyasi və ya dini motivli olmadıqlarına inandıqlarını ifadə edərək, hadisəni "dava" kimi qiymətləndiriblər.

Qeyd edək ki, hadisə ilə bağlı Valens Prokurorluğu araşdırma başladılıb.

Malik Atilay























Bizi Facebookda izləyin

Seçilən
33
2
525.az

4Mənbələr