Antiseptik və antibakterial xüsusiyyətlərə malik olan balın bir çox faydası var.
“Qafqazinfo” xəbər verir ki, bal kimyəvi tərkibinə görə vitaminlər, mineral maddələr, karbohidratlar, zülallar, hormonlarla zəngindir.
Balın faydaları arasında ən təsir edicisi onun immun sistemini gücləndirməsidir. Antioksidant və antibakterial xüsusiyyətləri həzm sistemini yaxşılaşdırmağa kömək edir.
Balın tərkibindəki antioksidantlar ürək damarlarını genişləndirir və bununla da qan laxtalanmasının qarşısını alır. Bal xolesterin səviyyəsini idarə edir. Daimi istehlak edildikdə yuxusuzluğa yaxşı təsir göstərir.
Balın tərkibində C vitamini, B1, B2, B3, B5, B6 vitaminləri, kalsium, fosfat, natrium, dəmir, maqnezium, kalium və xlorid var. İlıq su ilə içildikdə bədəndə yığılan yağların həzminə kömək edir.
Tərkibindəki protein və vitaminlər sayəsində dəriyə çox faydalıdır. Dəri maskalarının əvəzedilməz tərkib hissələrindən biridir. Sızanaqları sağaltmağa və dərinin nəm balansını saxlamağa kömək edir.
Bədənimizə güc və enerji verən təbii karbohidrat qaynağı olan balın idmançıların performansını, dözümlülüyünü artırmaqda təsirli olduğu bilinir.
Bal infeksiyalarla mübarizə aparır və mədə problemlərini müalicə edir. Bal boğaz ağrısı, öskürək, burun tutulması və sinusit kimi simptomları aradan qaldırmaqda təsirlidir.
Balın sağlamlığa faydalar belədir:
- Yüksək xolesterin səviyyələrini tənzimləyir, idarə edir və yaxşı xolesterol səviyyələrini artırır.
- Şəkər yerinə təbii dadlandırıcı kimi istifadə edilir.
- İmmun sistemini gücləndirir və infeksiyalara qarşı müqavimət göstərir.
- Yüksək karbohidrat mənbəyidir.
- Bal xərçəng və şiş əleyhinə xüsusiyyətlərə malikdir. Xərçəngin qarşısını alır və onun inkişafını dayandırır.
- Beyni gücləndirir və konsentrasiyanı artırır.
- Bal iltihab əleyhinə faydalıdır.
Balın faydaları hər insanda eyni reaksiya vermir. Xüsusilə şəkər xəstələri və artıq çəkidən əziyyət çəkən insanlar üçün bal istehlakı tövsiyə edilmir. Həddindən artıq istehlak başgicəllənmə, yüksək hərarət, qusma kimi sağlamlıq problemlərinə səbəb ola \və yüksək kalorili olduğu üçün çəki artımını sürətləndirə bilər.