AZ

İslandiya 4 günlük iş həftəsinə keçdi – Ciddi iqtisadi artım müşahidə edildi

İslandiya dördgünlük iş həftəsini tətbiq edəndən bəri təsirli iqtisadi artım müşahidə edib.

Bu barədə CNN məlumat yayıb.

Yeni araşdırmaya görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5% artıb ki, bu da inkişaf etmiş bir iqtisadiyyat üçün heyranedici dərəcədə yüksəkdir. Zəngin Avropa ölkələri arasında yalnız Malta daha yüksək göstəriciyə malikdir. Müqayisə üçün qeyd edək ki, 2006-2015-ci illər ərzində İslandiyanın orta iqtisadi artım tempi ildə cəmi 2% təşkil edib.

Analitiklər ölkənin iqtisadi uğurunu məhz iş həftəsinin azaldılması ilə əlaqələndirirlər. Belə ki, 2015-ci ildən 2019-cu ilə qədər ölkədə bir neçə iri eksperiment aparılıb ki, bu zaman dövlət sektorunda çalışan işçilərin maaşı azaldılmadan iş həftəsi 40 saat əvəzinə 35-36 saata endirilib. Təcrübədə 2500 nəfər iştirak edib.d - 00:04

Tədqiqatçılar müəyyən ediblər ki, əksər iş yerlərində məhsuldarlıq dəyişməz qalıb və ya yaxşılaşıb, eyni zamanda işçilərin rifahı bir sıra göstəricilər üzrə əhəmiyyətli dərəcədə artıb.

2022-ci ilə qədər ölkədə işçilərin 51%-i daha qısa iş saatına və ya dördgünlük iş həftəsinə keçib. Bu gün islandiyalıların 59%-i bu formatda işləyir.

Seçilən
56
12
news365.az

10Mənbələr