1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şamaxının dağlıq ərazilərində səhər saatlarından başlayaraq qatı duman müşahidə olunur. Görmə məsafəsi 1-2 metrə qədər enib.
Ən böyük çətinlik isə Şamaxı-Pirqulu yolunda qeydə alınıb. Sürücülər burada ara məsafəsi saxlayaraq yaxın vuran işıqlardan istifadə etməklə yollarına davam edirlər.
"Yol çox dumanlıdır, göz gözü görmür. Yola bələd olmağımıza baxmayaraq, biz də çətinliklə bura çatmışıq. Məsləhət görürəm ki, dumanlı havada bu yoldan heç kim istifadə etməsin" ,- sürücülərdən biri bildirib.
Daha ətraflı Baku TV-nin materialında: