“Qarabağlılar üçün bu çox böyük xoşbəxtlik və çox böyük şansdır ki, öz torpaqlarına qayıdıb orada yaşasın və xoşbəxt olsunlar. Qarabağ yenidən parlamağa başlayır”.
Modern.az xəbər verir ki, Xalq artisti İlqar Muradov bunu işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşərkən deyib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.
Xalq artisti İlqar Muradovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.