AZ

Kiçik toyda kütləvi zəhərlənmə - Kocaelidə 91 nəfər xəstəxanaya yatırıldı - FOTO

Kiçik toyda kütləvi zəhərlənmə baş verib.

Milli.Az xəbər verir ki, Kocaelinin ( Türkiyə ) Çayırova məhəlləsində təşkil olunan sünnət toyu mərasimində qonaqlar toyuqlu plovdan zəhərləniblər.

Kiçik toy mərasiminə qatılan 300-ə yaxın qonağın halı məclisdən sonra pisləşib. 91 nəfər zəhərlənmə ilə bağlı həkimə müraciət edib. Zəhərlənənlərdən bəzilərinin vəziyyəti ağırdır.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
86
42
milli.az

10Mənbələr