AZ

Tələbə qızları izlədiyi deyilən "MANYAK" DANIŞDI: "Yalandan ..."

Bir sıra KİV-də Bakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olması ilə bağlı iddialar yayılıb. Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki,  F.D adlı şəxs bildirib ki, onu barəsində yayılan iddialar tamamilə əsassızdır.

"Mənim fotomu paylaşaraq yalandan qeyd ediblər ki, guya mən manyakam, Bakı Qızlar Universitetinin tələbələrini narahat edirəm, onları izləyirəm və s. Bütün bu ittihamlar şər-böhtandır. Bunu Bakı Qızlar Universitetinin 2-ci kurs tələbəsi olan bir qız qəsdən paylaşıb. Mən universitetin rəhbərliyinə müraciət etmişəm. Bakı Qızlar Universitetinin təsisçisi Ağarəhim Rəhimovla görüşdüm, o da bu məlumatın yalan olduğunu, həmin qızın bu paylaşımı səhvən etdiyini bildirdi. Paylaşımı edən tələbə də məni tanımadığını dedi, paylaşımı isə guya səhvliklə edib. Mənim şəxsiyyətimə zərər vurub, yalan məlumat yayıb, məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət etmişəm"

Qeyd edək ki, iddialarla bağlı qeyd edilən ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb.

Seçilən
29
29
avtosfer.az

10Mənbələr