AZ

"Real" "Qızıl top"a görə Çeferini GÜNAHLANDIRDI

"Real" rəhbərliyi futbolçusu Vinisius Juniorun "Qızıl top"un qalibi olmamasına görə əsəbiləşib.

Bizim.Media xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

“Qızıl top”un qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olub.

Mərasimdən əvvəl əksər analitiklər və bukmeker kontorları mükafatı "Real"ın vingeri Vinisius Juniorun alacağına inanırdılar. Lakin son anda Rodrinin "Qızıl top"u qazanacağı məlum olub.

"Real" isə bu vəziyyətdən hiddətlənib və baş verənlərə görə UEFA preizdenti Aleksander Çeferini günahlandırıb. 
 

"Real"ın prezidenti Florentino Peres və rəhbər şəxslər əmindirlər ki, Çeferinin bu vəziyyətə böyük təsiri olub. Səbəb isə odur ki, Peres və Madrid klubu Avropa Superliqasının yaradılmasını dəstəkləyir. UEFA prezidenti isə belə turnirin qəti əleyhinədir.


Xatırladaq ki, Parisin “Şatelet” teatrında “Qızıl top”un təntənəli təqdimat mərasimi keçirilib. "Real" təmsilçiləri bu tədbirdə yer almayıblar. 

Bizim.Media

Seçilən
8
34
bizim.media

10Mənbələr