“Qarabağ”ın futbolçusu Marko Yankoviç klubda 100-cü matçını keçirməsinə münasibət bildirib.
Msport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında yazıb.
Monteneqrolu oyunçu ona dəstək olan şəxlərə minnətdar olduğunu bildirib: “Bu, zirvələr, çətinliklər və unudulmaz anlarla dolu inanılmaz səyahətdir. Gələcək üçün çox həyəcanlıyam. Ən böyük dəstəkçim olan ailəmə və dostlarıma təşəkkür edirəm. Komanda yoldaşlarım, məşqçilərim, klubda işləyən, daha əvvəl burada çalışmış insanlar və azarkeşlər məni daha yaxşı olmağa sövq etdi.
Artıq daha çox məqsədə, qələbəyə, yeni çağırışlara, titullara və inanılmaz anlara köklənəcəyik”.
Qeyd edək ki, “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur matçı Marko Yankoviç üçün əlamətdar olub. Monteneqrolu oyunçu çempionatda 53 (3 qol), ölkə kubokunda 8 (1 qol), avrokuboklarda 39 (3 qol) matça çıxıb.