“Qarabağ”ın futbolçusu Marko Yankoviç instaqram hesabından paylaşım edib
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 100-cü oyununu keçirməsinə münasibət bildirib:
“Bu, zirvələr, çətinliklər və unudulmaz anlarla dolu inanılmaz səyahətdir. Ən böyük dəstəkçim olan ailəmə və dostlarıma təşəkkür edirəm. Komanda yoldaşlarım, məşqçilərim, klubda işləyən, daha əvvəl burada çalışmış insanlar və azarkeşlər məni daha yaxşı olmağa sövq etdilər. Dəstəyiniz üçün minnətdaram. Artıq daha çox titullara və inanılmaz anlara köklənəcəyik. Gələcək üçün çox həyəcanlıyam”.
Qeyd edək ki, “Qarabağ”ın “Şamaxı”nı 3:0 hesabı ilə məğlub etdiyi görüş monteneqrolu oyunçunun Ağdam təmsilçisində 100-cü oyunu olub.