AZ

Milli fəal Yusuf Karinin Ərdəbildə həbs edildiyi bildirilir

Azərbaycanlı milli fəal və keçmiş siyasi məhbus Yusuf Kari oktyabrın 28-də Ərdəbil şəhərində polis qüvvələri tərəfindən həbs edilib.

Sosial mediada yayımlanan videoya əsasən, Kari şəhərdə səyyar şəkildə meyvə satarkən polis tərəfindən saxlanılıb. Xəbərə görə, o, əvvəlcə Ərdəbilin 14 saylı polis bölməsinə, daha sonra isə şəhərin Ümumi və İnqilab Prokurorluğuna aparılıb.

Həbs anında Kari polisin onun alverinə mane olduğunu bildirərək etiraz edib. “Millət görürsünüz? gəlin baxın, baxın necə zülm edirlər bizlərə, qoymurlar işləyəm. Oğurluq etməliyəm? İşləməyə imkan vermirsiniz, indi də satıcılığıma mane olursunuz", o, insanlara deyib.

Keçmiş siyasi məhbus Səid Mətinpur bu hadisə ilə bağlı X hesabında paylaşım edərək bildirib ki, şəhərdə yüzlərlə alverçi olmasına baxmayaraq, polisin bu addımı Kari üçün dolanışıq mənbəyini əngəlləməkdən başqa bir şey deyil. Mətinpur həmçinin polis idarəsində ona qarşı pis rəftar edildiyini də vurğulayıb.

Yusuf Kari digər milli fəallar və sabiq siyasi məhbuslar kimi, İslam Respublikasının təhlükəsizlik qurumlarının təzyiqləri ilə üzləşir. Onun məhkəmə təqibləri və mülki fəaliyyəti səbəbilə işləmək imkanları ciddi şəkildə məhdudlaşdırılıb. Kari və İrandakı digər azərbaycanlı fəallar, eləcə də onların ailələri, dəfələrlə təhlükəsizlik qüvvələrinin təzyiqləri və təhdidləri ilə qarşılaşıblar.

visiontv.az



Seçilən
10
50
visiontv.az

10Mənbələr