AZ

İzmirdə antiterror əməliyyatı keçirilib

Bakı, TurkicWorld

Türkiyənin İzmir vilayətində PKK/KKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində 10 şübhəli saxlanılıb.

TurkicWorld bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, İzmir Prokurorluğu, əvvəlki illərdə PKK/KCK terror təşkilatında fəaliyyət göstərən, kənd ərazisində təşkilat üzvləri ilə birlikdə fotoşəkilləri olan və açıq mənbələrdə terror təşkilatının təbliğatını aparan 10 şübhəli barədə axtarış qərarı çıxarıb.

Vilayət Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin qrupları 2 vilayətdə eyni vaxtda apardıqları əməliyyat nəticəsində 10 şübhəlini tutublar.

Qeyd edilib ki, şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çox sayda rəqəmsal material ələ keçirilib.

Seçilən
50
15
turkic.world

10Mənbələr