Türkiyədə 11 vilayətdə terror təşkilatı PKK-ya qarşı “Gürz-25” əməliyyatı keçirilib.Missiya.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.O, əməliyyatlarda 37 mağara və sığınacaq dağıdıldığını, 661 kiloqram partlayıcının ələ keçirildiyini bildirib.Bundan başqa, 4 ədəd M79 tank əleyhinə sursat, 3 ədəd RPG-7 reaktiv yaylım atəşi, 3 ədəd PKM pulemyotu, 4 ədəd Draqunov snayper tüfəngi, 12 ədəd Kalaşnikov piyada tüfəngi, 105 ədəd əl qumbarası, reaktiv yaylım atəşi sursatları, 25 artilleriya, minaatan və qumbaraatan döyüş sursatları, 14 min müxtəlif ölçülü və diametrli 67 ədəd sursat götürülüb.Leyla SƏMƏNDƏRMissiya.Az