AZ

COP29 zamanı 60 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək - Vüqar Qurbanov

Bakı, TurkicWorld

COP29 zamanı 60 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək.

TurkicWorld xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

"Tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans (İVECO markalı) artıq təhkim olunub. Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib.

Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl və təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 488 nəfər artıq təlimləri uğurla başa vurub. Bura daxildir həkimlər, orta tibb işçiləri və sürücülər. Dil bilgilərini təkmilləşdirmək üçün ingilis dili kurslarında isə 331 nəfər iştirak edib", - deyə V.Qurbanov bildirib.

Seçilən
40
5
turkic.world

10Mənbələr