Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son qarşılaşmaları keçirilib.
İdman.biz xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan “Azərreyl” və UNEC komandaları arasında olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan bu oyunda “AZERRAIL” 3:0 hesabı ilə qələbə qazanıb.
Daha sonra meydana B qrupunda mübarizə aparan “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları çıxıblar.
Qrup mərhələsinin son qarşılaşması "Milli Aviasiya Akademiyası"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrup mərhələsinin nəticələrinə görə, A qrupunda “Gəncə” 6 xalla birinci, “Azərreyl” 3 xalla qrup ikincisi olub. B qrupunda isə “Abşeron” 5 xalla qrup lideri, 4 xalla “Milli Aviasiya Akademiyası” qrup ikincisi olaraq yarımfinala yüksəliblər.
Qeyd edək ki, noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” - “Milli Aviasiya Akademiyası” ilə, “Abşeron” isə “Azərreyl” komandası ilə qarşılaşacaq.
Ölkə kuboku
Qadınlar
30 oktyabr
A qrupu
UNEC - “Azərreyl” - 0:3 (16:25, 5:25, 15:25)
B qrupu
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” - 3:1 (12:25, 29:27, 25:17, 25:14)
İdman.biz