Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son qarşılaşmaları keçirilib. "Rekord.az" xəbər verir ki, bugünkü oyunlardan sonra yarımfinalçılar bəlli olub.
Günün ilk qarşılaşması A qrupunda yer alan “AZERRAIL” və UNEC komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində baş tutan bu oyunda “AZERRAIL” 3:0 hesabı ilə qələbə qazanıb.
Daha sonra meydana B qrupunda mübarizə aparan “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları çıxıblar.
Qrup mərhələsinin son qarşılaşması “Milli Aviasiya Akademiyası”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, qrup mərhələsinin nəticələrinə görə, A qrupunda “Gəncə” 6 xalla birinci, “AZERRAIL” 3 xalla qrup ikincisi olub. B qrupunda isə “Abşeron” 5 xalla qrup lideri, 4 xalla “Milli Aviasiya Akademiyası” qrup ikincisi olaraq yarımfinala yüksəliblər.
Qeyd edək ki, Noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” - “Milli Aviasiya Akademiyası” ilə, “Abşeron” isə “ AZERRAIL” komandası ilə qarşılaşacaq.
Ölkə kuboku
Qadınlar
30 oktyabr
A qrupu
UNEC - “AZERRAIL” 0:3 (16:25, 5:25, 15:25)
B qrupu
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:1 (12:25, 29:27, 25:17, 25:14)