“Mançester Yunayted”in baş məşqçisi vəzifəsini icra edən Rud van Nistelroy “qırmızı şeytanlar”a daha üç oyunda rəhbərlik edəcək.
90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, van Nistelroy daha üç oyun Mançester klubunun "sükanı arxası"nda olacaq.
“Yunayted”in yeni baş məşqçisi milli komandanın oyunları üçün fasilədən sonra işə başlayacaq portuqaliyalı Ruben Amorim olacaq.
Qeyd edək ki, van Nistelroyun rəhbərliyi altında "Lester"i 5:2 hesabı ilə məğlub edən "qırmızı şeytanlar" Liqa Kubokunun 1/4 finalına yüksəlib. Xatırladaq ki, bundan əvvəl Erik ten Haq komandanın bu mövsüm uğursuz başlamasından sonra qovulan “Mançester Yunayted”lə çalışıb. Hazırda mankunianlılar Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.