AZ

Nistelroy MY-nin sükanı arxasında ilk qələbəsini şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi əvəzi Rud van Nistelroy “qırmızı şeytanlar”ın sükanı arxasında ilk oyunda ilk qələbəsini şərh edib.

Arena.az xatırladır ki, “Mançester Yunayted” İngiltərə Liqa Kubokunun 1/8 finalında “Lester Siti”ni qəbul edib və “tülkülər” üzərində 5:2 hesablı qələbə qazanıb.

Van Nistelroy matçdan sonra baş tutan mətbuat konfransında bunları qeyd edib:

“Deməliyəm ki, bizim həm də azacıq bəxtimiz gətirdi, Kazemiro üçün isə çox şadam, həm də Qarnaço və Bruno üçün. Beş qol vurduq. Birdən bəxt üzümüzə güldü və bu gözəl bir axşam yaşandı.
Həmişə hücum etmək üçün məqsəd var. “Lester Siti”nin qollarından sonra oyunçuların qarşılığı əla idi və onlar tərifə layiqdirlər. Mən şadam ki, tamaşaçılar evə xoşbəxt qayıtdılar” – BBC niderlandlı mütəxəssisdən sitat gətirib.

Yarış 1/4 final mərhələsinə adlamış “Mançester Yunayted” dekabrın 17-də “Tottenhem”lə qarşılaşacaq.

Seçilən
86
26
arena.az

10Mənbələr