AZ

İsrail İranı BELƏ VURUB: Simulyasiya görüntüləri YAYILDI - VİDEO

İsrailin İrana hava hücumlarını simulyasiya edən kadrlar hazırlanıb.

Musavat.com xəbər verir ki, görüntülər telegram kanallarında paylaşılıb.

Xatırladaq ki, 26 oktyabr 2024-cü il tarixində İsrailin Hava Qüvvələri İranda yerləşən hərbi obyektlərə zərbələr endirib. Bu, İranın 1 oktyabr tarixində etdiyi raket hücumuna cavab olaraq həyata keçirilib. "Tövbə Günləri" adı verilən əməliyyat hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatlarının istehsalı müəssisələri və raket istehsal obyektlərinə zərbələri əhatə edib.

İranın müdafiə naziri, general-mayor Əziz Nəsirzadə bildirib ki, bu zərbələr ölkədə raket istehsal prosesini pozmayıb.

Eyni zamanda, İsrailin müdafiə naziri Yoav Qalant hücumların İranın həm müdafiə, həm də hücum imkanlarını zəiflətdiyini və bunun onun strateji hesablamalarına təsir etdiyini qeyd edib.

Musavat.com

Seçilən
101
50
musavat.com

10Mənbələr