AZ

Bu küçədə şarj üçün dayanan sürücülər qadağandır nişanı ilə qarşılaşır- FOTO

Paytaxtın Nəsimi rayonu Seyid Cəfər Pişəvəri küçəsində xoşagəlməz mənzərə hökm sürür.

Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkil göndərib. Görüntüdən aydın olduğu kimi, sözügedən küçədə elektrikli avtomobillər üçün şarj aparatları quraşdırılıb. Lakin aparatların tam yaxınlığında dayanma-durmanı qadağan edən nişan mövcuddur. Nəticədə maşınlarını enerji ilə təchiz etmək üçün məntəqəyə yaxınlaşan sürücülər nişanı gördükləri zaman çaşqınlıq içərisində qalırlar.

Nərmin

 

FOTO QALEREYA
Seçilən
13
12
avtosfer.az

10Mənbələr