AZ

Binəqədidə "Təmiz hava" aylığı çərçivəsində tədbir keçirilib- FOTO - VİDEO

Bakı şəhər Dövlət  Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində "Təmiz hava" aylığı ilə bağlı tədbir keçiriblər. 

Avtosfer.az xəbər verir ki, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.

Yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.

YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır.

Tədbir zamanı qanunvericiliyin tələblərinə cavab verməyən avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. 

Elmin

 

FOTO QALEREYA
Seçilən
79
1
avtosfer.az

10Mənbələr