Meyxanaçı Oqtay Kamil qatıldığı teleproqramda həmkarı Xəyyam Əhmədlinin səhhətinin ağır olduğunu deyib.
Redaktor.az lent.az-a istinadla xəbər verir ki, ürəyində problem olan Xəyyam Əhmədlinin qarnına su yığılır.
“Ürəyinin yenidən əməliyyat olunmasına icazə verilmir. Ritmi normal deyil. Qarnına su yığılır, ürək aparatı qoşulmalıdır, o da 130 min dollardır, Almaniyada istehsal olunur. Həmin aparatı istehsal edən şirkət gəlib quraşdırır gedir".
Oqtay əlavə edib ki, pul yığmaq üçün aksiya edəcəklər.
Meyxanaçı Xəyyam 2018-ci ildə ürəyindən anju olunub. O hazırda xəstəxanadadır və meyxanaçının anası da eyni xəstəlikdən qonşu palatada yatır.