Meyxanaçı Oqtay Kamil qatıldığı teleproqramda həmkarı Xəyyam Əhmədlinin səhhətinin ağır olduğunu deyib.
Viral.az lent.az-a istinadla xəbər verir ki, ürəyində problem olan Xəyyam Əhmədlinin qarnına su yığılır.
“Ürəyinin yenidən əməliyyat olunmasına icazə verilmir. Ritmi normal deyil. Qarnına su yığılır, ürək aparatı qoşulmalıdır, o da 130 min dollardır, Almaniyada istehsal olunur. Həmin aparatı istehsal edən şirkət gəlib quraşdırır gedir”.
Son Yazılar:
- Meyxanaçının sağalması üçün 130 min dollar LAZIMDIR
- İlham Əliyev bu xidmətlərinə görə onları təltif etdi
- COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi AÇIQLANDI
Oqtay əlavə edib ki, pul yığmaq üçün aksiya edəcəklər.
Meyxanaçı Xəyyam 2018-ci ildə ürəyindən anju olunub. O hazırda xəstəxanadadır və meyxanaçının anası da eyni xəstəlikdən qonşu palatada yatır.