Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "İmişli" "Cəbrayıl"la qarşılaşıb və 5:1 hesablı qələbə qazanıb. Bununla da komanda 1/8 finala adlayıb və "Kəpəz"ə rəqib olub.
"Qəbələ" isə "Bakı Sportinq"lə üz-üzə gəlib. Əyalət təmsilçisi 4:0 hesabı ilə üstün olub. Komanda 1/8 finalda "Qarabağ"la qarşılaşacaq.
Qeyd edək ki, mərhələnin 28, 29 və 30 oktyabr tarixlərində oynanılan görüşlərindən sonra "Turan Tovuz", "Səbail", "Araz-Naxçıvan", "Kəpəz", "Şamaxı", "Difai", "Qaradağ Lökbatan" və "Mingəçevir" 1/8 finala adlayıb.
31 oktyabr (cümə axşamı)
14:00. “İmişli” – “Cəbrayıl” - 5:1
Qollar: Əsgər Hüseynov, 2, Dieqo Vaskes, 26, İdris İnqlablı, 47 , 51, 54 - Taleh Qarayev, 10
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev
Şamaxı OİK stadionu
15:00. “Qəbələ” – “Bakı Sportinq” - 4:0
Qollar: Domi Massumo, 5, 43, Ruslan Vorontsov, 20, Fərid İsgəndərov, 75
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev
Qəbələ şəhər stadionu
28 oktyabr (bazar ertəsi)
“Turan Tovuz” – “Hypers Quba” - 7:2
29 oktyabr (çərşənbə axşamı)
“Dinamo” – “Səbail” - 0:6
“Şahdağ Qusar” – “Araz-Naxçıvan” - 0:4
“Ağdaş” – “Kəpəz” - 0:6
MOİK – “Şimal” - 3:1
30 oktyabr (çərşənbə)
“Şamaxı” – “Şəmkir” - 6:1
“Mingəçevir” – “Zaqatala” - 1:0
“Qaradağ Lökbatan” – “Karvan” - 3:0
“Şəfa” – “Difai” - 2:3 (ə.v.)
1/8 finalın cütləri
“Turan Tovuz” – "Sabah"
MOİK – "Sumqayıt"
“Araz-Naxçıvan” – “Mingəçevir”
“Kəpəz” - “İmişli”
“Səbail” – “Qaradağ Lökbatan”
“Şamaxı” – "Zirə"
“Difai” – "Neftçi"
“Qəbələ” – "Qarabağ"