AZ

Azərbaycan Kuboku: 1/8 finalın son iki iştirakçısı BƏLLİ OLDU

Bu gün Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin son iki oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, mərhələnin ilk görüşü “İmişli” və “Cəbrayıl” komandaları arasında baş tutub.

"Qəbələ" isə "Baku Sportinq"dən güclü olub.

“İmişli” – “Cəbrayıl” 5:1

Şamaxı stadionu

Baş hakim: Rövşən Rəcəbov

Cütün qalibi 1/8 finalda “Kəpəz”lə qarşılaşacaq.

“Qəbələ” – “Baku Sportinq” 4:0

Qəbələ şəhər Stadionu

Baş hakim Nicat İsmayıllı

1/8 final cütləri

"Araz-Naxçıvan" - "Mingəçevir"

"Zirə" - "Şamaxı"

“Qaradağ-Lökbatan” – “Səbail”

"Turan-Tovuz" - "Sabah"

“Sumqayıt” – MOİK

"Neftçi" - "Difai"

"Qəbələ" - "Qarabağ"

"Kəpəz" - "İmişli"

Qarşılaşmalar dekabrın 3-4-də baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
77
1
bizim.media

10Mənbələr