İspaniyada daşqınlar və fırtına nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə EFE İnformasiya Agentliyi məlumat yayıb.
Mütəxəssislərin qənaətincə, hazırkı təbiət hadisəsi ölkə tarixində qeydə alınan ən dağıdıcı təbii fəlakətlərdən biri kimi tarixə düşüb.
Belə ki, bir gün ərzində ölkə ərazisinə düşən yağıntıların miqdarı illik normanı ötüb.