İspaniyada daşqınlar və fırtına nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə EFE informasiya agentliyi məlumat yayıb.
Mütəxəssislərin qənaətinə görə, hazırkı təbii fəlakət ölkə tarixində qeydə alınan ən dağıdıcı təbii fəlakətlərdən biri kimi tarixə düşüb.
Belə ki, bir gün ərzində ölkə ərazisinə düşən yağıntıların miqdarı illik normanı ötüb.